İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə APA xəbər verib.
Baş katib bu faciədə həyatını itirənləri yad edib, yaşananların Ermənistanın qanunsuz işğalının nəticəsi olduğunu vurğulayıb, beynəlxalq səviyyədə hərbi cinayət və soyqırım kimi qiymətləndirib.
Azərbaycan 1991-ci ilin dekabrından sözügedən təşkilatın üzvüdür. Keçmiş sovet respublikaları arasında təşkilata ilk üzv olan ölkə məhz Azərbaycandır. İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə Mərakeşdə təsis edilib. Bu hökumətlərarası təşkilata 57 dövlət daxildir.