İraqın Kazimeyn şəhərində İmam Museyi-Kazimin (ə.s) şəhadətinə hazırlıqlar davam edir. Minlərlə insan buraya axışaraq İmamın hərəmini ziyarət edir. Bu barədə hərəmin mətbuat xidməti məlumat verib.
Məlumatda ziyarətçilərə su, yemək və bir sıra zəruri xidmətlərin göstərilməsi qeyd olunub. Ziyarətgahın baş katibinin sözlərinə görə, hazırda Kazimeyndə zəvvarlara 1000 yaxın xidmət nöqtələri fəaliyyət göstərir.
İmam Museyi-Kazimin (ə.s) şəhadət günü rəcəb ayının 25-də (27 fevral) qeyd olunacaq.