İmam Əli (ə.s) müqəddəs hərəmi rəcəb ayı münasibətilə ehtiyacı olan ailələrə ərzaq səbətlərini paylamağa başlayıb. Bu barədə 22 fevralda hərəmin mətbuat xidməti məlumatlandırıb.
Bildirilir ki, ehtiyaclı olan ailələr və kimsəsizlər qeydiyyatdan keçərək növbəyə dura bilərlər. Hazırda məlumat bazasında 2500 ailə var.