Azərbaycan İlahiyyat İnstitutunun IV kurs tələbələri məscidlərdə təcrübə keçəcək. Bu barədə fevralın 22-də Trend xəbər verib.

Məlumata görə, institutun rektoru Aqil Şirinov təcrübə keçəcək tələbələrlə görüş keçirib. Rektor tələbələrin geniş dünyagörüşünə, yüksək intellektə, sağlamdüşüncəli olmalarının zəruriliyini vurğulayıb.