Həzrəti Abbasın (ə.s) hərəmində ən böyük xarici genişlənmə işləri davam edir. Bu barədə hərəmin hesabında məlumat verilib.

Sökülən binalar hərəmin şimal-şərq tərəfində, Fərat qapısı ilə İmam Əlinin (ə.s) qapısı arasındakı ərazidə yerləşir. Bildirilir ki, söküntü işləri nəticəsində ziyarətgahın ərazisi genişləndiriləcək və bununla da hərəmin zəvvar tutumunu artıracaq.