Son günlər sosial şəbəkələrdə Ayətullah əl-Üzma Seyyid Əli Sistaninin xəstəxanaya yerləşdirilməsi xəbəri yayılıb. Kərbəladakı Əl-Kafeel İxtisaslaşdırılmış Xəstəxanası bu xəbəri təkzib edib. Bu barədə fevralın 22-də ABNA xəbər verib.

Xəstəxana rəhbərliyinin sözlərinə görə, alimin səhhəti stabildir və o, gündəlik vəzifələrini normal şəkildə yerinə yetirir.