“Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr-İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar” [Ali İmran, 96].

Kəbə evi Ərəbistanın Hicaz bölgəsində yerləşir və qibləni, yəni namazın hansı istiqamətdə qılınmasını göstərir. Minlərlə insan həftənin 7-i günü 24 saat Kəbənin ətrafında təvaf edir.

  • Kəbə evi yer üzərində ilk məscid olub;
  • Kəbə evinin inşası:

Kəbə evinin təməli Adəm (ə.s) peyğəmbər tərəfindən qoyulub. Lakin sonralar İbrahim (ə.s) və oğlu İsmayıl (ə.s) peyğəmbər Kəbəni yenidən inşa ediblər. İbrahim peyğəmbərin (ə.s) ayaq izi hələ də binanın daşı üzərində saxlanılır. İnşa zamanı daş çatmadığından İsmayıl daş axtarmağa gedib, lakin qayıdanda atasının daş tapdığını görüb. İbrahim (ə.s) bu daşı Cəbrayıl (ə.s) mələyin cənnətdən gətirdiyini söyləyib. Həmin daş Kəbə evinin üzərində olan qara daşdır;

  • Kəbə evi düzbucaqlı formada idi:

Əsrlər boyunca Kəbə evi sel və yanğın səbəbindən 7-12 dəfə dağıdılaraq yenidən inşa olunmuşdur. Məhəmməd Peyğəmbər (s) məbəsdən əvvəl Kəbə evini bərpa etmişdir. Bu zaman Qureyşilər tikinti üçün yalnız təmiz yolla əldə olunan pullardan istifadə edirdi. Lakin yetərincə ianə toplanmadığından Kəbənin forması düzbucaqlıdan kuba dəyişdirildi;

  • Kəbə axırıncı dəfə 1996-cı ildə təmir olunub;
  • Kəbə evinin quruluşu:

Kəbənin bünövrəsi mərmərdən, binası isə qranitdəndir. Bu evin divarları demək olar ki eyni uzunluqdadır, hündürlüyü 13,1 metr, sahəsi isə 142 m2-dir;

  • Qahirə Universitetinin coğrafiya üzrə professoru Hüseyn Kəmaləddin Kəbənin yerində yerin maqnit mərkəzini aşkar edib;
  • Qara daş:

Həmin daş Kəbənin şərq küncündə və yerdən 1,5 metr hündürlüyündə yerləşir. Abbasi xəlifələri dövründə Kəbəyə hücum edilib və qara daş oğurlanıb, lakin sonradan daş parçalanmış vəziyyətdə, pul müqabilində geri qaytarılıb. Hazırda daş mühafizə məqsədilə gümüşdən hazırlanmış çərçivəyə yerləşdirilib;

  • Kəbənin qapısı:

Əvvəllər Kəbənin iki qapısı və bir pəncərəsi var idi, lakin sonradan bir qoşa qapı saxlanılıb. Binanın şərqində yerləşən qapı 2,5 metr hündürlüyündədir və 280 kiloqram təmiz qızıldan ibarətdir. Kəbənin açarları qədim zamanlardan Bəni-Şeybə ailəsində saxlanılır. Qapılar, adətən, ildə iki dəfə – Ramazan ayı və Həcc ziyarətində təmizlik işləri zamanı açılır. Bəzən evin içərisinə xüsusi qonaqların daxil olmasına icazə verilir. Əvvəllər isə həftədə iki dəfə bu qapılar açılardı və insanlar orada namaz qıla bilərdilər;

  • Kəbə zəm-zəm suyu, ətir və gül suyunun qarışığı ilə yuyulur;
  • İbrahim məqamı:

İbrahim (ə.s) peyğəmbərin Kəbə evini inşa edərkən dayandığı yerə “İbrahim məqamı” deyilir.

  • Mültəzəm:

Qara daşın və qapının arasında olan hissədir. Məsum İmamlardan (ə.s) nəql olunan hədislərdə bildirilir ki, Allah bu məkana sığınaraq pənah gətirən hər bir bəndəsinin hacətini yеrinə yеtirər.

  • Qara örtük:

Kəbə evinin qara örtüyü 670 kiloqramdır və 658 kvadratmetrdir. Örtük ildə bir dəfə, Ərəfə günü 80 nəfər insan tərəfindən dəyişdirilir və bu işin görülməsinə 25 milyon rial (11 milyon azn-dən çox) pul xərclənir. Örtüyün üzərindəki naxışları işləmək üçün 120 kiloqram qızıldan və 100 kiloqram gümüşdən istifadə edilir. Abbasi xilafətindən əvvəl örtük yaşıl, qırmızı və ağ rənglərdən ibarət olub;

  • Kəbənin ətrafında üzərək təvaf olunub:

Vaxtilə Kəbə evi alçaqlıqda yerləşdiyi üçün sel və yağışdan ətrafı su basardı və zəvvarlar üzərək təvaf edərdi. Hazırda bu problem həll olunub.