Minlərlə zəvvar İmam Kazimin (ə.s) şəhadətinin ildönümü münasibətilə İraqın cənubundan Kəzimiyyəyə piyada yola düşüblər. Bu barədə 20 fevralda shiawaves xəbər verib.

Zəvvarlar üzərində Əhli Beyt şüarları yazılan bayraqlar altında yüzlərlə kilometr yol gedəcəklər. Bu yürüşə, həmçinin uşaqlar da qatılıb.

İmam Museyi-Kazimin (ə.s) şəhadət günü rəcəb ayının 25-nə (fevralın 27) təsadüf edir.