Darul Hikmət Elm və Tədris Mərkəzi ödənişsiz və qeydiyyatsız dərslərin başlanacağını elan edib. Bu barədə fevralın 20-də ilahiyyatçı Hacı Şahin Həsənli məlumat verib.

Məlumata görə, hazırda 17 dərs tədris olunur. Buraya etiqad, əqaid, məntiq, üsul, tarix, əxlaq, Quran elmləri və digər fənlər daxildir. Dərslər Şahlar Şərifov, Elbrus Kərimov, Elşən İsmayılov, ilahiyyatçı Hacı Ramil Bədəlov kimi mütəxəssislər tərəfindən keçirilir.

Tədrisə qoşulmaq üçün t.me/darulhikmet_az telegram kanalına daxil olmaq lazımdır. Orada hər dərsin adı qarşısında linklərə daxil olub dərsləri asinxron formatda izləmək mümkündür.

Darul Hikmət Elm və Tədris Mərkəzi 2014-cü ildə təsis edilib. Mərkəz Bakı şəhərinin Məşədi Dadaş məscidində yerləşir. Tədris ocağı bir neçə dərs otağına və kitabxanaya malikdir. Buraya, həmçinin elmi təhlillərin aparılması, kitabların yazılması və tərcüməsi, elmi tədbirlərin təşkili də daxildir.