Seyyid Peyman Boradigahi “12 İmam” adlı klipini yenidən çəkərək ictimaiyyətə təqdim edib. Bu barədə məddah öz hesabında məlumat verib.
Məlumata görə, mahnının mətnində heç bir dəyişiklik edilməyib. Lakin yeni klip əvvəlkindən fərgli olaraq məktəbdə deyil, ayrıca bir məkanda çəkilib.
Bundan öncəki klip ötən ilin dekabrında təqdim edilmişdi. Lakin həmin klipin məktəbdə azyaşlıların iştirakı ilə çəkilməsi bir sıra insanların qınağına səbəb oldu. Tənqidlər üzündən Seyyid Peyman klipi silərək yenisini çəkəcəyi haqda məlumat vermişdi.