Türkiyənin İzmir şəhərində, Cami Kebir məhəlləsində Ramazan adlı şəxs öz evindən 750 illik tarixi məscidə xəzinə tapmaq məqsədilə tunel qazıb. Bu barədə CNN TÜKR xəbər verib.

Məlumata görə, Ramazan qanunsuz qazma işləri apararkən polis tərəfindən cinayət başında yaxalanıb. O, altı ay əvvəl bu evi kirayə götürüb və tunel qazmağa başlayıb.

Evdə aparılan baxış nəticəsində 1 çapaq, 1 kürək və təxminən 2 metr kəndir müsadirə edilib. Evin otaqlarından birində tunel aşkar olunub və tunelin tarixi məscid istiqamətində irəlilədiyi müəyyən edilib.

Ramazan barəsində “Mədəni və təbiət sərvətlərinin mühafizəsi haqqında” qanunu pozmaq ittihamı ilə cinayət işi başlanılıb.