Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Baş Assambleyanın islamofobiyaya qarşı beynəlxalq gün təyin etməyinin vacibliyini vurğulayıb. Bu barədə Anadolu Agentliyi xəbər verib.

Mövlud Çavuşoğlu öz çıxışında qeyd edib ki, Avropa ölkələrinin qanunları və bu ölkələrdə istifadə edilən siyasi dil islamafobiyanı qanuniləşdirir. O, dünyanın heç bir yerinin təhlükəsiz olmadığını bildirib və buna misal olaraq 15 mart 2019-cu ildə Yeni Zelandiyada edilən hücumu yada salıb.