Səudiyyə Ərəbistanında 30 qadın Məkkə-Mədinə istiqamətində qatarları idarə etmək üçün işə götürüləcək. Bu barədə İslam News xəbər verib.

Vakansiya üzrə 28 min namizəd qadın müraciət edib. Müraciət edənlərinin sayını azaltmaq məqsədilə namizədlər üçün tələblər yüksəldilib. Nəticədə müraciət edənlərin sayı iki dəfəyədək azalıb. Müsahibələr martın ortalarına qədər davam edəcək.

Əvvəllər krallıqda qadınlar, əsasən, tibb və təhsil sahəsində işləyirdilər. Qadınların karyera imkanlarını tədricən genişləndirmək üçün ölkə hakimiyyəti onlara yeni peşələr öyrədərək yeni sahələrdə çalışmaq imkanı verir.