Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu il Həcc ziyarətinə Səudiyyə vətəndaşları istisna olmaqla, yalnız iki kateqoriyadan olan zəvvarlara icazə verəcək. Bu barədə 18 fevral tarixində ABNA xəbər verib.

Bildirilir ki, Həcc ziyarətinə yalnız müvafiq vizası olan və ya krallıqda daimi yaşayanlar gedə biləcək. Yəni ziyarətçi və ya işgüzar vizası olanlar bu il Həcc ziyarətinə müraciət edə bilməyəcəklər. Ziyarətçilərin sayı ilə bağlı məlumat daha sonra açıqlanacaq.

Ötən il koronavirusa görə yalnız 60 min Səudiyyə vatandaşı və ölkədə yaşayan sakinlər Həcc ziyarətini yerinə yetirə bilib.