Ayətullah Hacı Şeyx Yusif İrəvani XX əsrin azərbaycanlı fəqihlərindən biri sayılır. O, 1913-cü ildə İraqın Nəcəf şəhərində dünyaya gəlib. Hacı Yusifin atası dövrün böyük İslam alimi Ayətullah əl-Üzma Mirzə Əli İrəvanidir.
Şeyx İrəvani kiçik yaşlarından ehkam və Camiul-müqəddimat dərslərini atasından və nənəsi Həbibə Xatundan alıb. Sonralar onun ustadları Şeyx İsmayıl Lənkərani, Şeyx Şəmsi Gəncəvi, Seyyid Cavad Təbrizi Şeyx Məcid Gəncəvi və Ayətullah Mirzə Şəkini kimi alimlər olub. Orta səviyyəli dərslərini başa vurduqdan sonra o, Ayətullah Seyyid Əbülhəsən İsfahani, Ayətullah Əraqi, Ayətullah Kompani, Ayətullah Şahrudi və bir sıra digər alimlərin xaric dərslərində iştirak edib. Şeyx Yusif, əsasən, fiqh və üsul elmləri üzrə ixtisaslaşmışdı. Qeyd olunan elmlərə yiyələndikdə o, Məhəmməd Kaşiful-Ğita, Əbülhəsən Meşkini və Seyyid Əbdül-Hadi Şirazidən ictihad icazəsini alıb.
1948-ci ildə Ayətullah İrəvani səhhəti ilə əlaqədar İranın Tehran şəhərinə köçür və 45 il müddətində oranın Qəndi məscidində ruhanilik edir.
Ayətullah Hacı Şeyx Yusif İrəvani 1990-cı ildə Tehranda vəfat edir. Onun cənazəsi Məşhəd şəhərinə aparılaraq İmam Rzanın (ə.s) hərəmində dəfn edilir.
1991-ci ildə Tehranda Şeyx Yusifin atasının Nəcəfdəki “mədrəseyi-İrəvani” ilə eyni adlı tikdirdiyi mədrəsə istifadəyə verilib.
Mənbə: Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.