Ayətullah Seyid Məhəmməd Əli Əl-Əlavi Əl-Hüseyni Əl-Curcani xəstəxanaya yerləşdirilib. Bu barədə 19 fevral tarixində ABNA xəbər verib.
Hazırda Ayətullahın səhhəti normaldır və həkimlərin nəzarəti altındadır.
Əl-Curcani hicrətin 1359-cu ilində (1940) cümədius-sani ayının 14-də Nəcəfdə anadan olub. Atası Hacı əl-Seyid Səccad Mazandaran vilayətində tanınmış alim olub. Əl-Curcaninin atası onu yeddi yaşında İrana aparıb. O, atasının yanında təhsil alıb, Quranı yazmağı və oxumağı öyrəndikdən sonra ondan ərəb ədəbiyyatı və ərəb elmlərini öyrənmiş, on altı yaşına çatdıqdan sonra Qum şəhərinə köçmüşdür. İyirmi yaşına çatanda üç il Ayətullah Burucerdinin və bir çox tanınmış alimlərin dərslərində iştirak etmişdir. Əl-Curcani hazırda Qum şəhərindəki seminariyada fiqhi tədris edir.