Dünən, fevralın 17-də Suriyanın müxtəlif bölgələrindən, eləcə də digər ölkələrdən minlərlə zəvvar Xanım Zeynəbin (s.ə) hərəmində keçirilən anım mərasimində iştirak edib. Bu barədə İQNA xəbər verib.
Ziyarətçilərdən biri qeyd edib ki, Həzrət Zeynəb (s.ə) mətanətdə Həzrət Zəhraya (s.ə), bəlağətdə İmam Əliyə (ə.s), səbirdə İmam Həsənə (ə.s) və cəsarətdə İmam Hüseynə (ə.s) bənzəyir.
Başqa bir zəvvarın sözlərinə görə isə İmam Hüseyn (ə.s) hərəkatının dünyaya yayılmasında başlıca rolu məhz Xanım Zeynəb (s.ə) oynayıb.
Hicri-qəməri təqvimi ilə rəcəb ayının 15-i (17 fevral) Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü günüdür.