İraqın Kərbəla şəhərində beynəlxalq hava limanı inşa edilir. Bu barədə fevralın 17-də İmam Hüseyn (ə.s) hərəmi xəbər verib.

Məlumata görə, hava limanının tikinti işlərinin sürətlənməsi üçün ziyarətgahdan maddi yardım ayrılacaq. Hərəmin baş katibinin sözlərinə əsasən, hazırda 4,5 kilometr uzunluğunda olan uçuş-enmə zolağının salınması işləri gedir. Artıq zolağın 1,5 kilometrlik hissəsinin hazır olduğu bildirilib.

Bundan öncə, Kərbəlaya səfər etmək üçün zəvvarlar ilk öncə təyyarə ilə Nəcəf və Bağdad şəhərlərinə yollanırdılar. Lakin artıq Kərbəla şəhərinə birbaşa reyslər həyata keçiriləcək. Tikinti işləri bitdikdən sonra sözügedən hava limanı İraqın ən böyük aeroportu hesab ediləcək.