İngiltərənin Kanterberi arxiyepiskopu şiələri dünya dialoqunda daha çox iştirak etməyə çağırıb. Bu barədə shia-news xəbər verib.

Arxiyepiskop xristian və şiələr arasında fərqliliyin olmasına baxmayaraq, onların dostluq əlaqələrini də vurğulayıb. Onun sözlərinə görə, bu iki icma arasında çoxlu oxşarlıqlar mövcuddur.

Bundan əlavə, Kanterberi arxiyepiskopu Ayətullah Ərafiyə İsa peğəmbərin (ə.s) mövludu gününün təbrikinə görə təşəkkür edib. O, həmçinin İran İslam seminariyası ilə əlaqələrin gücləndirilməsi arzusunda olduğunu qeyd edib.

Kenterberi arxiyepiskopu Birləşmiş Krallıqdakı İngiltərə Kilsəsinin  ruhani rəhbəri,  eləcə də bütün dünyada Anqlikan Birliyinin ruhani lideridir. O, həmçinin Canterbury yeparxiyasının rəhbəridir. 2013-cü ildən sözügedən vəzifəni arxiyepiskop Castin Uelbi icra edir.