Fevralın 15-də İranda İmam Əli (ə.s) adına hava limanı istifadəyə verilib. Bu barədə İRNA məlumat yayıb.

Yeni hava limanı ölkənin cənubundakı Böyük Tonb adasında yerləşir. Açılış mərasimi ölkə rəsmiləri,  İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı və Milli Aviasiya Təşkilatının rəhbərliyinin iştirakı ilə baş tutub.