“Azəriqaz” Saatlı məscidlərinə illik güzəşt etdiyini bildirib. Bu barədə fevralın 16-da azeriqaz xəbər verib.

Məlumata görə, qeydiyyatdan keçən və qazlaşdırılması başa çatan məscidlərə il ərzində 500 manat məbləğində güzəşt olunur. Bu sözlər Saatlı rayonunun Naharlı kəndində “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası zamanı səsləndirilib.

Saatlı rayonunun Naharlı kənd sakini Hüseynağa Əliyevin sözlərinə görə, kənddə təbii qazın olmaması səbəbindən məişətdə yanacaq kimi odundan istifadə edilir. Bu isə əlavə xərc və ağacların məhvi deməkdir.