Martın əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa olunacaq. Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz hesabında yazıb.

“İki ölkə əlaqələrində növbəti xoş addım. Cari ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcəkdir”, – deyə səfir məlumat verib.