Bu gün, fevralın 16-da Azərbaycandan Ümrəyə olan növbəti gedişlərin tarixi açıqlanıb. Bu barədə Sputnik xəbər verib.

Məlumata görə, növbəti gedişlər 17 fevral, 10, 19 və 24 mart tarixlərində baş tutacaq. Bir səfərin müddəti 7 gün davam edəcək.

Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib səfərə yollanan zəvvarlar üçün qiymət 1440 dollar təşkil edir. Lakin turizm şirkətləri ilə səfər edənlər üçün qiymət 1100-1500 dollar arasında dəyişir.

Ziyarətçilər mütləq şəkildə ən azı bir doza “Pfizer” vaksini ilə peyvənd olunmalıdırlar. İki doza “Sinovac” vurulsa belə, Səudiyyə Ərəbistanı bunu qəbul etmir. Həmin vaksini vurduranlar mütləq bir doza “Pfizer” vurdurmalıdır. Amma əvvəl “Sinovac” vurulmayıbsa, iki doza “Pfizer”-lə getmək mümkündür.