Bu gün, fevralın 15-də Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin fəaliyyəti haqda danışıb. Bu barədə APA xəbər verib.

“Şeyxin rolu nəzir qutusu və molla təyinatı ilə bağlıdır?” – deyə parlament rəsmisi sual edib. O, Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsini bildirib. “Axı Prezident İlham Əliyev Şeyx həzrətlərini “Şərəf” ordeni ilə təltif edib! Cəmiyyətdə bu qədər xidməti olan bir adamı niyə nəzir qutusu, molla təyinatı ilə əlaqələndirirlər?!” – deyə Fəzail İbrahimli əlavə edib.

Bundan əlavə o, qanunda edilən dəyişikliklərin hansısa fərd və ya quruma aid olmadığını deyib. Sədr müavininin sözlərinə görə, yeni qanun layihəsində məqsəd müasir tələblərlə uyğunlaşmaqdır.

Yanvarın 26-sı Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra yeniliklər baş verib. Belə ki, ibadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınıb. Məscidlərin din xadimləri işdən çıxarıldıqda dini icma öz fəaliyyətini davam edəcək. Bundan əlavə, dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ediləcək.