Fevralın 12-dən Misirin Qahirə şəhərində “Vətəndaşlıq və onun ictimai və qlobal sülhün əldə edilməsinə təsiri” adlı Beynəlxalq Konfrans keçirilir. Konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vüsal Cahangir təmsil edirlər.

Forum ərəb ölkələrinin rəsmiləri, Avropa, Asiya, Afrika və Latın Amerikasını təmsil edən müsəlman din xadimlərinin iştirakı ilə keçirilir. Müfti Salman Musayev bir sıra din xadimləri ilə görüşüb, onlarla fikir mübadiləsi aparıb. Konfransda, həmçinin Musayevin çıxışı gözlənilir.