Məscid Abşeron rayonunun Novxanı kəndində, Heydər Əliyev küçəsində yerləşir. İbadətgah 1994-1996-cı illərdə inşa edilib. İbadət evi Kərbəlayı Adil İmaməli oğlu tərəfindən tikilib.

Məscid düzbucaqlı formadadır. İbadətgahın tavanı dörd sütun üzərində dayanır və onlar tağlar ilə birləşir. İbadət evinin günbəzi daşdan işlənib. Mscid iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Qoşa minarələrin hər biri tək şərəfəyə malikdir. Minarələrin hündürlüyü 8 metrdir.

Həyətdə dəstəmazxana, qonaq otağı, mürdəşirxana yerləşir.

2004-2008-ci illərdə burada təmir işləri aparılıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. lib.az
  3. kataloq.gomap.az