Gələn ay Ağdam Cümə məscidinin təmir-bərpa işlərinə başlanılacaq. Bu barədə fevralın 14-də president.az xəbər verib.

Prezident İlham Əliyev Ağdam məscidinə ziyarəti çərçivəsində məsciddə çıxış edib və onun təmir bərpa işləri ilə tanış olub.

Məlumata görə, ibadətgahın həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Azad edilmiş ərazilərdə 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Hazırda bu istiqamətlər üzrə işlər davam edir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Qeyd olunub ki, Şuşa şəhərində yeni məscidin inşasına da start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi, həmçinin başlamışdır.