İngiltərənin Piterboro şəhərində halal məhsul və xidmətlər üçün təsis edilmiş “Halal.co.uk” platformasının açılışı olacaq. Bu barədə 13 fevral tarixində İQNA xəbər verib.
Məlumatda bildirilir ki, halal onlayn mağaza “Amazon” tipli olacaq. Mağaza qida və içəcək, kitablar, ev, elektron əşyalar, gündəlik geyim, sağlamlıq və gözəllik məhsulları təklif edir. Platforma məhsullarla yanaşı, həm də mühasibat, maliyyələşdirmə, hüquqşünas və turizm kimi peşəkar xidmətlər təqdim edir.
Daha öncə müsəlmanlar üçün əyləncə “Shia TV Box” platforması və “Muzmatch” adlı sosial şəbəkə yaradılıb.