Bakıda yas mərasimi təşkil edən şəxs cəzalandırılıb. Bu barədə fevralın 12-də Report xəbər verib.
Məlumata görə, mərasim Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən restoranların birində təşkil olunub. Nəticədə məclisin keçirilməsinin qarşısı alınıb, təşkilatçı A.Mehralıyev isə 400 manat məbləğində cərimə olunub.
Bundan əlavə, restoranı icarəyə götürən M.Muradov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib. Buna səbəb isə ona edilən çoxsaylı xəbədarlıqlar olub. Sözügedən şəxs məhkəmənin qərarı ilə 8 sutka inzibati həbs cəzası alıb.
Bundan öncə, yanvarın 26-sı Bərdədə yas mərasimi təşkil edənə qarşı cinayət işi açılıb. Çadır xidməti göstərən şəxs isə məhkəmənin qərarı ilə 8 sutka həbs edilib.