Bu gün, fevralın 12-si sosial şəbəkələrdə Türkiyə şiələrinin lideri kimi tanınan Səlahəddin Özgündüzün tənqidlərə səbəb olan videosu yayılıb.
Videoda din xadimi hədis və rəvayətlərə işarə edərək bildirib ki, Həzrət Əli (ə.s) Xanım Fatimeyi Zəhranı (s.ə) ölümə verib. “Bu rəvayətlərə dayanırsınızsa, onlar sizi oraya götürər. Əli Fatiməni ölümə verib, Fatimə də Əlini söyüb! Şərəfsiz deyib!”, – deyə Özgündüz söyləyib.
Bundan əlavə, ilahiyyatçı Xanım Zəhranın (ə.s) yaralanma məsələsinin hədislərdə öz əksini tapmadığını deyib. “Mismar məsələsini hələ də tapa bilməmişəm. Gətir görüm hardadı o mismar. Hansı rəvayətlərdədi o? Uyduranlara Allah lənət eləsin!”, – deyə Səlahəddin Özgündüz əlavə edib.
1957-ci il təvəllüdlü Səlahəddin Özgündüz Türkiyədə Cəfəri lideri hesab olunur. Lakin onun rəhbərliyi rəsmi və ya dini seçki ilə müəyyən edilməmişdir. O, bir müddət İranda təhsil aldıqdan sonra bu ölkədə yaşamaq icazəsi ala bilməyib və İraqın Nəcəf şəhərində təhsilini davam edib.
Foto: caferider.com.tr