Bu gün, fevralın 12-i Xanım Məsumənin (s.ə) hərəmində bayram tədbiri keçirilib. Bu barədə İQNA xəbər verib. Bu gün məsumların (ə.s) ziyarətgahlarında İmam Muhəmməd Təqinin (ə.s) mövludu qeyd olunur.

Tədbirdə Seyyid Rza Nərimani mədhiyyələr oxuyub, Ayətullah Seyyid Rəhim Təvəkkül tərəfindən isə xütbə deyilib.

Mövlud məclisləri, həmçinin İmam Əlinin (ə.s) ziyarətgahında da təşkil edilib.