“Mugham” Fransada “Karabakh Bouquet 1752” adlı parfümü istehsal edib. Bu barədə fevralın 11-i baku.ws xəbər verib.

Ətrin qablaşdırılma dizaynı Şuşanın Yuxarı Gövhər Ağa məscidinin memarlıq üslubuna əsaslanaraq tərtib olunub. Belə ki, qabda olan naxışlar Şuşa məscidinin minarəsinin naxışlarını təkrarlayır.

Parfümün tərkibi qafqaz xədicəgülü, qazsoğanı, fişer güləvəri çiçəkləri və xarıbülbüldən ibarətdir.

Fransa istehsallı “Mugham” ətirlərinin 7 növü var. Onlardan hər biri Azərbaycanın muğam adlarını daşıyır, bunlar: “Rast”, “Shur”, “Segah”, “Chahargah”, “Bayati -Shiraz”, “Shushtar” və “Humayun”-dur.