Hindistanlı müsəlman qadın tələbə öz hicabını onlarla hinduların qarşısında təkbaşına müdafiə edib. Bu barədə Giperssilka xəbər verib.

Hindistan Üləma Dərnəyinin rəhbəri bu hərəkətə görə müsəlman qadına 500 min rupi mükafat verib.

Hindistanın cənubunda yerləşən Karnataka əyalətində daxili işlər naziri Araqa Qnanindra tədris ocaqlarında hicabın qadağan olunmasını açıqlayıb. Bu qərara əsasən, müsəlman qız tələbələr artıq hicabla məktəb və universitetlərə daxil ola bilməzlər. Qərar müsəlmanların etirazına səbəb olub. Onlar hər gün tədris müəssisələrinin qarşısında dayanıb, öz etirazlarını bildirirlər. Ekstremist hindular isə onların etiraz aksiyasını pozmağa çalışırlar.