Fransada prezidentliyə namizəd olan Erik Zemmur dövlət rəhbəri seçiləcəyi təqdirdə azanı ləğv edəcəyini söyləyib. Bu barədə fevralın 10-da TRT Haber xəbər verib.

Məlumata görə, Zemmur ölkədə kilsələrin qalmasına, məscidlərin isə yığışdırılmasına tərəfdir. “Fransada müəzzinin səsini eşitmək istəmirəm və prezident olsam, eşitməyəcəyəm. Mən nəhəng məscidləri rədd edirəm”, – deyə namizəd qeyd edib.

Fransada prezident seçkiləri bu ilin aprel ayının 10-24 tarixlərində keçiriləcək. Ötən ilin sentyabrında Erik Zemmur Fransada müsəlman adlarına qadağa qoymağı təklif edib. 2022-ci ilin yanvar ayında isə namizəd ölkə başçısı seçiləcəyi təqdirdə İslamla mübarizə aparacağına söz verib.