Türkiyənin Diyanət İşləri İdarəsi müsəlmanlara müraciət edərək bildirib ki, Kəbəni virtual ziyarət etmək Həccin və Ümrənin anlamına gəlmir. Bu barədə İslamnews xəbər verib.
Türkiyənin din xadimləri bu məsələni bir ay ərzində araşdırıb nəticəyə gəldilər ki, virtual reallıq vasitəsilə Kəbəni ziyarət etmək özlüyündə şəriətə görə icazəli olsa da, bunu həcc ziyarəti ilə eyniləşdirmək olmaz. Yəni Kəbəni virtual ziyarət edən kəs şəri vəzifəni yerinə yetirmiş hesab edilmir.
Daha öncə, 2021-ci ilin dekabrında Səudiyyə Ərəbistanında Məkkəni virtual ziyarət etmək imkanı yaradılıb. Bunun üçün ziyarətçi VR eynəkdən istifadə edəcək. Qeyd olunub ki, Məkkəyə getmədən qara daşı görmək və hətta ona toxunmaq mümkün olacaq. Bundan əlavə, yeni texnologiya ətraf mühitin qoxusunu da hiss etməyə imkan yaradacaq.