Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüz bəzi əqidə alimləri tərəfindən şiələrə qarşı nəlayiq ifadələrə cavab verib. Bu barədə zeynebiye.com xəbər verib.

“Yerindən qalxan şiəyə söz atır. Hamısının da ağzında bir söz var – İran agenti”, – deyə şiə lideri qeyd edib. Onun sözlərinə görə, əgər Türkiyədə belə bir şiə varsa, Allahın əzab və qəzəbi onun üzərinə olsun. Özgündüz, həmçinin iddiaçılardan sübut istəyib. “Dəliliniz varsa, onu dövlətə təqdim etmək vəzifənizdir. Bu məmləkətin şərəfli vətəndaşına, üç milyondan çox Oğuz türklərinə böhtan atmaq, millət arasında fitnə salmaqdır və bunun şərəfsizlərin işinin olması ortaya çıxacaq”, – türkiyəli din xadimi əlavə edib.