Fevralın 10-u Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İraqın xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah ilə görüşüb. Bu barədə idarənin mətbuat xidməti məlumat verib.
Görüşdə iki ölkə arasında dini, iqtisadi, siyasi əlaqələr, o cümlədən beynəlxalq təşkilatlar müstəvisində əməkdaşlıq müzakirə olunub. İki dövlət arasında sözügedən əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Müzakirə olunan mövzular arasında, həmçinin dini ziyarətlərin təşkili, azərbaycanlı zəvvarların səfər vizası və digər məsələlər yer alıb. Nazir müavini qeyd edib ki, Azərbaycan XİN-də görüş zamanı bu məsələ ilə bağlı müvafiq razılaşmalar əldə olunub.
Görüşün sonunda Allahşükür Paşazadə Ayətullah Sistaniyə öz ehtiramlarını çatdırmağı rica edib.