Kazan İslam Əməkdaşlıq Təşkilatının 2022-ci ilin gənclər paytaxtı statusunu alıb. Bu barədə Kazan First xəbər verib.
Məlumatda bildirilib ki, indi şəhər İslam dünyasının ekspertlərini və liderlərini cəlb etməklə iri beynəlxalq tədbirlər keçirmək imkanı əldə edib. İlk belə tədbir bu ilin mart ayında keçiriləcək Qurani-Kərim tilavəti müsabiqəsi olacaq. Ümumilikdə 2022-ci il üçün 10-dan çox tədbir planlaşdırılır.
Azərbaycan 1991-ci ilin dekabrından sözügedən təşkilatının üzvüdür. Keçmiş sovet respublikaları arasında təşkilata ilk üzv olan ölkə məhz Azərbaycandır. İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə Mərakeşdə təsis edilib. Bu hökumətlərarası təşkilata 57 dövlət daxildir.