Hindistanın cənubunda yerləşən Karnataka əyalətində daxili işlər naziri Araqa Qnanindra tədris ocaqlarında hicabın qadağan olunmasını açıqlayıb. Bu barədə İQNA xəbər verib.
Yeni qərara görə, müsəlman qız tələbələr artıq hicabla məktəb və universitetlərə daxil ola bilməzlər. Qərar müsəlmanların etirazına səbəb olub. Onlar hər gün tədris müəssisələrin qarşısında dayanıb, öz etirazlarını bildirirlər. Ekstremist hindular isə onların etiraz aksiyasını pozmağa çalışırlar.