Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) 4,5 günlük iş həftəsinə keçir. Artıq iş vaxtı Cümə namazından öncə bitəcək. Bu barədə islamnews xəbər verib.

Hazırda yeni iş həftəsinə hökumət işçiləri, məktəblər və maliyyə institutları keçib. Zamanla onlara özəl şirkətlərin də qoşulması gözlənilir. Bildirilib ki, cümə gününün iş günü elan edilməsi Cümə namazına təsir etməyəcək. Belə ki, iş vaxtı zöhr azanınadək bitəcək.

Əvvəllər ölkədə cümə və şənbə günləri istirahət günü idisə, indi şənbə və bazar günləri olacaq. Cümə günü isə yarım iş günü kimi keçiriləcək. BƏƏ İslam ölkələri arasında cüməni iş günü elan edən ilk ölkədir.