Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib. Bu barədə DQİDK xəbər verib.

Tədbirdə Komitənin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər. DQİDK sədrinin birinci müavini Səyyad Salahlı yeni icmaların sədrlərinə tövsiyələr verib və onlara müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın zəruriliyindən danışıb. Bundan əlavə, icma rəhbərləri milli-mənəvi dəyərlərin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırılıblar.

Qeydiyyata yeni alınmış dini qurumlar Azərbaycanda qeydiyyata alınan 975-ci dini qurumdur. Konfessional baxımdan onların 938-i İslam, 37-si isə qeyri-islam təmayüllüdür.