Mədinədə, Peyğəmbər (s) məscidinin həyətində ibadət etmək üçün sərilən qırmızı xalçalar 12 min yaşıl xalça ilə əvəz edilib. Bu barədə məscidin instagram səhifəsində məlumat verilib.

Xalçaların texniki standartlara uyğun istehsal olunduğu bildirilib. Ziyarətçilərin rahatlığı üçün yumşaq yundan hazırlanmış xalçalar qalınlığı və davamlılığı ilə seçilir. Hər bir xalçanın istehsalı, istifadəsi, yeri və yuyulma vaxtı haqqında məlumatları ehtiva edən elektron çip var. Bu da onlarıın təmizlənməsi haqqında məlumatı asanlıqla əldə etməyə imkan yaradır.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от وكالة شؤون المسجد النبوي (@wmngovsa)