İmam Əlinin (ə.s) hərəmində mövlud bayramına hazırlıqlar davam edir. Bu gün, fevralın 9-da ziyarətgahın qızıl günbəzi yuyulub. Bu barədə imamali.net xəbər verib.
Hərəmin emalatxanasında texniki kadrlar Əmirəl-möminin (ə.s) üçün üzərində həmd və məhəbbət ifadələri olan ağ-yaşıl bayraqlar hazırlayır. Emalatxana rəsmisinin sözlərinə görə, hazırda 40 panno tikilib və onlar hərəmin müxtəlif yerlərində asılacaq.
Rəcəb ayının 13-də (15 fevral) hərəmdə İmam Əlinin (ə.s) mövludu münasibəti ilə bayram tədbiri keçiriləcək.