Bu gündən etibarən Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarların ölkəyə gəlişi üçün yeni qaydalar tətbiq edir. Bu barədə İQNA xəbər verib.

Məlumata görə, ölkəyə gələn zəvvarlar peyvənddən əlavə, xəstəliyin olmadığına dair sənəd təqdim etməlidirlər. Bundan əlavə, peyvənd olunmuş ziyarətçilərdə Səudiyyə Ərəbistanına gəlməzdən 48 saat əvvəl alınmış mənfi nəticəli PCR testi olmalıdır.

Yeni qərarın fevralın 9-dan etibarən tətbiq ediləcəyi bildirilib. Lakin 8 yaşına çatmamış şəxslər üçün bu qərar nəzərdə tutulmayıb. Nazirlik elan edib ki, zəvvarların gəlişi üçün ikinci dozanın qəbulundan üç ay sonra üçüncü peyvəndin qəbulu da tələb olunur. Bu qayda 16 yaşına çatmamış şəxslər üçün tətbiq olunmur.

Səudiyyə Ərəbistanına daxil olmaq üçün ya 2 “Sinovac” və 1 “Pfizer” və ya 2 “Pfizer” vaksini ilə peyvənd olunmaq vacibdir.