Həzrət Abbasın (ə.s) hərəminin genişləndirmə işləri davam edir. Ziyarətgahın ətrafında yaşayış binaları sökülür. Bu barədə alkafeel xəbər verib.

Sökülən binalar hərəmin şimal-şərq tərəfində, Fərat qapısı ilə İmam Əlinin (ə.s) qapısı arasındakı ərazidə yerləşir. Bildirilir ki, söküntü işləri nəticəsində ziyarətgahın ərazisi genişləndiriləcək və bununla da hərəmin zəvvar tutumunu artıracaq.