İraqın Nəcəf şəhərində İmam Əlinin (ə.s) hərəmi mövlud gününə hazırlaşır. Ziyarətgahda minlərlə insana ehsanlar paylanılacaq. Bu barədə fevralın 8-i hərəmin saytında xəbər verilib.

Hərəm rəsmisi Əsir Ət-Təmiminin sözlərinə görə, hər il mövlud günü buraya çoxlu sayda insan axın edir. Bu səbəbdən ehsan gündə üç dəfə, səhər, gündüz və axşam paylanılacaq. Ziyarətçilərə verilən kartları hərəmə təqdim etməklə ehsanı götürmək mümkündür.

Həzrət Əlinin (ə.s) mövludu Rəcəb ayının 13-də (15 fevral) qeyd olunur.