Fevralın 7-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyevlə görüşüb. Bu barədə QMİ xəbər verib.
Görüşdə iki ölkə arasındakı dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsinin daha da dərinləşdirilməsinin vacibliyi müzakirə olunub. Allahşükür Paşazadə Türk dövlətləri arasında dini əlaqələrin dərinləşməsi üçün yeni imkanların açılması barədə fikirlərini söyləyib. QMİ sədri Türkmənistan müftisinin sözügedən məsələlərə öz töhfəsini verə biləcəyinə ümidvar olduğunu bildirib.
Səfir isə öz növbəsində müasir dünyada dini liderlərin rolunu xüsusi vurğulayıb. O, cəmiyyətin Allahşükür Paşazadə kimi dini liderlərə böyük ehtiyacı olduğunu deyib. Görüşün sonunda Mekan İşanquliyev Şeyxülislama Türkmənistanın tarixini və coğrafiyasını əks etdirən kitablar hədiyyə edib.