Əhli Beyt İğdır Alimləri Birliyinin Himayəçilik Şurası Ümumdünya Əhli Beyt Assambleyasının baş katibi Ayətullah Ramazanani ilə görüşüb. Görüş Şeyx Zəki Tomainin başçılığı ilə İranın Məşhəd şəhərində baş tutub. Bu barədə fevralın 7-si assambleyanın saytında məlumat verilib.

Ayətullah Ramazanani dünyada müharibə qurbanlarının çoxunun müsəlmanlar olmasını bildirib. O bunu dindarlar arasında birliyin azlığı ilə əlaqələndirib. “Biz birlik məsələsinə ciddi yanaşmalı və düşmənin müsəlmanların arasına soxulmasının qarşısını almalıyıq”, – deyə assambleya rəhbəri əlavə edib.

Ayətullah Ramazani İğdır və Qars şəhərlərinin Türkiyədə Əhli Beyt (ə.s) məktəbinin böyüməsi və inkişafı üçün əhəmiyyətindən də danışıb. O, Türkiyə şiələrini pisliyə göz yumub, sünni və ələvi icmaları ilə tolerant olmağa səsləyib. İğdırlı alimlər isə öz növbələrində birliyi gücləndirmək və müsəlmanlar arasında əlaqələrin qurulması üçün müfti və din xadimləri ilə müxtəlif konfransların təşkil olunduğunu bildiriblər.