Nəcəf Əşrəfin cümə namazı imamı Höccətül-İslam Seyyid Sədruddin Qabançi Səudiyyə Ərəbistanında şiələrin saxlanılmasını pisləyib. Bu barədə fevralın 6-sı İQNA xəbər verib.

O, şiələrə qarşı fikir ayrılıqlarının aradan qaldırması üçün İraqın parlamentində çoxluq fraksiyası yaratmağı təklif edib. İmam cüməsi, həmçinin Səudiyyə hakimiyyətini həbsdə olan şiə ruhaniləri azad etməyə çağırıb.

Son zamanlar Səudiyyə Ərəbistanında şiə müsəlmanları və ruhanilərinə qarşı həbs və hətta edam qərarlarının sayı artıb. 2021-ci ilin əvvəlindən Krallıqda ən azı 40 adam edam edilib.