Belarusun Prezidenti Aleksandr Lukaşenko tanrının belaruslu olduğunu deyib. Lukaşenko bu barədə rusiyalı jurnalist Vladimir Solovyova verdiyi müsahibəsində söyləyib. Bu barədə fevralın 7-si “RİA Novosti”xəbər verib.

Jurnalist ölkə rəhbərinə: “Yəni bu gün tanrını belaruslu hesab edirsiniz?” sualı verib. Lukaşenko isə cavabında “Bəli, nəinki bu gün. O məni 90-cı illərdə bu qarmaqarışıqlığa atıb, arada da kömək edir” söyləyib.